MÜSƏLMAN QARDAŞLARI

Misirdə müsəlman islahatçısı Həsən Bənna tərəfindən yaradılmış ictimai-siyasi hərəkatdır. Həsən Bənna Universiteti bitirdikdən sonra Misirin İsmailiyyə şəhərində müəllimlik etmişdir. O dövrdə orada çoxlu sayda ingilislər yaşayırdı. Şəhərlilər isə onların müəssisələrində çox kiçik maaşla işləməyə məcbur idilər. Bununla yanaşı ictimai həyatda İslam dəyərlərinin Avropa dəyərləri tərəfindən sıxışdırılması prosesi gedirdi, yəni avropalaşdırma siyasəti aparılırdı. Həsən Bənna bütün bu proseslərə etiraz səsini qaldırmağa başlamışdır. O, dinin cəmiyyətdə təsirinin azalmasına və dünyəviliyə qarşı çıxış edirdi. Həsən Bənnanın dünyagörüşü İslamın əsaslarına, eləcə də Camaləddin Əfqani, Məhəmməd Əbduh, Rəşid Rıza kimi Misir islahatçılarının irsi üzərində qurulmuşdur. Bu ideyaların təsiri altında olan Həsən Bənna bir neçə kitab da yazmışdır. Daha sonra o, həmfikirləri ilə birlikdə İsmailiyyə şəhərində “Müsəlman qardaşları” adlı İslam təşkilatı yaratmışdır. Onlar İslam dəyərlərini təbliğ etmiş və bu hərəkata çoxlu insanları cəlb edə bilmişdirlər. İlk vaxtlar təşkilatın mərkəzi İsmailiyyə şəhərində olsa da, sonra mərkəz Qahirəyə köçürülmüşdür. Bu birliyə daxil olunanlar Misirin bütün şəhər və kəndlərində fəallıq göstərmişdilər. Tezliklə “Müsəlman qardaşları” xalq arasında tanınaraq nüfuz qazana bilmişdir. Onlar xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olurdular. Daha sonra “Müsəlman qardaşları” güclü dini-siyasi təşkilata çevrilmişdir. Onlar artıq Misirin sərhədlərini aşaraq, digər ölkələrdə də təbliğat aparmağa başlamışdılar, Məsələn, 1366/1947 – 1367/1948-ci illərdə Fələstində döyüşmüşdürlər. “Müsəlman qardaşlarının” artan nüfuzu və siyasətə qatılmaları Misir hakimiyyətini narahat etmişdir. Beləliklə, ölkədə onlara qarşı təqiblər başlanmışdır. 1368/1949-cu ildə Həsən Bənna qəsd nəticəsində öldürülmüşdür. “Müsəlman qardaşları” hərəkatının silahlı dəstələrinin üstünə isə ordu yeridilmişdir. Misir hakimiyyəti Fələstindəki döyüşçülərinə qarşı ordu göndərmişdir. Bu hadisələrdə onların çoxu öldürülmüş və ya tutulmuşdurlar. “Müsəlman qardaşlarına” qarşı keçirilmiş təqiblər təşkilata güclü zərbə vurmuşdur. 1372/1952-ci ildə “Müsəlman qardaşlarının” yeni liderlərindən biri Səid Qütb olmuşdur. Bundan sonra bu təşkilat Misirdə yenə də öz nüfuzunu bərpa edə bilərdi. Ancaq “Müsəlman qardaşlarının” radikal qolu, prezident Camal Əbdül-Nasirə qarşı uğursuzluqla nəticələnən qəsd təşkil etmişdir. Bundan sonra ölkə hakimiyyəti yenə də bu qurumun bütün üzvlərinə qarşı kütləvi təqiblərə başlamışdır. Səid Qütb də tutulub edam edilmişdir. Bundan sonra “Müsəlman qardaşları” yenə də zəifləmişdir. Onlardan ayrılmış müxtəlif dini-siyasi qruplar bu günə kimi Yaxın Şərqdə, Mərkəzi Asiyada, Avropada, Afrikada, dünyanın başqa yerlərində fəaliyyət göstərməkdədirlər. Həsən Bənnadan sonra bu hərəkatın ideoloqları Səid Qütb, Məhəmməd Qəzali, Mustafa Sibai kimi islahatçılar olmuşdurlar. “Müsəlman qardaşları” müsəlman cəmiyyətində ədalətin və bərabərliyin qurulması şüarları altında fəaliyyət göstərirdilər. Onların son məqsədi isə İslam qanunları ilə idarə olunan dövlətin yaradılması olmuşdır. Buna görə də, onların “İslam sosializmi” adlanan ideyaları xalq arasında geniş yayılmışdır.
MÜSEYLİMƏ
MÜSLİM İBN HƏCAC
OBASTAN VİKİ
Müsəlman
Müsəlman — İslam dininə mənsub insan. İslam inancına görə, Allaha və Allahın təkliyinə, Məhəmmədin son peyğəmbər olduğuna, mələklərə və onların gətirdiyi kitablara, eləcə də axirət həyatının mövcudluğuna inanan, Allahın əmrlərini yerinə yetirməyə və qadağan etdiklərindən çəkinməyə riayət edən şəxslərə deyilir. Bu dini ilk qəbul edən şəxs isə Xədicə (Məhəmməd peyğəmbərin xanımı)olubdur.
Arval qardaşları
Arval qardaşları (ing. Arval Brethren; lat. Fratres Arvales) - Qədim Romada aqrar kultu həyata keçirən 12 nəfərdən ibarət kahinlər kollegiyası; üzvləri ömürlük seçilirdi Arval qardaşlarının fəaliyyəti qismən qorunub saxlanmış protokollardan məlumdur; Oktavian Avqust dövründən onları mərmər lövhələrə yazırdılar. Arval qardaşlarının əsas vəzifəsi məhsulun yetişməsinə yardım edən bayramların keçirilməsi idi. Bayramlar Tiber çayının sağ sahilində, mayın sonu - iyunun əvvəllərində 3 gün ərzində keçirilirdi. Yalnız imperator Vespasianın dövründə Arval qardaşlarına yığıncaqlarını keçirmək üçün Forumda ilahə Konkordiyanın məbədində yer verilmişdi. Bayram mərasimləri ciddi nizama salınmış, vacib dua və andlar xüsusi kitablara yazılmışdı. Günlərə bölüşdürülmüş mərasim hərəkətləri şərabın, qurbanlıq heyvanların (donuz, öküz, qoyun) içalatının qurban gətirilməsindən, mərasim ləvazimatının, fetiş-küpələrin tullanmasından, sıyığın, çörəklərin yeyilməsindən ibarət idi. Arval qardaşlarının zahiri əlaməti ağ lentlə hörülmüş sünbül çələngi sayılırdı. Rəvayətə görə, kollegiya ilk dəfə Romulun süd anası Akka Larensiyanın 12 oğlundan təsis olunmuşdu; onlardan biri öldükdən sonra yerini süd qardaşı Romul tutmuşdu.
Karamazov qardaşları
Karamazov qardaşları (rus. Братья Карамазовы, /'bratʲjə karə'mazəvɨ/) — Rus yazıçısı Fyodor Dostoyevskinin romanı. Dostoyevskinin həyatının zirvə romanı olaraq bilinir. Romanın böyük bir hissəsi Staraya Russada yazılmışdır. Dostoyevski olduqca ağır bir dili olan roman üçün iki ilə yaxın zaman sərf etmiş və 1880-ci ilin noyabr ayında bitirmiştir. Kitabın yayımlanmasından dörd ay sonra yenə bu kitab üçün hazırladığı böyük bir layihə olan "Böyük bir günahkarın xatirələri" ilə məşğul olarkən vəfat etmişdir. Yazıçı bu əsərində oxucunun diqqətini mənəvi-fəlsəfi məsələlərə yönəldir. Əsərin personajları – İvan, Aleksey və Dmitri Karamazovlar varlığın ilkin səbəbi və son məqsədləri haqqında mühakimələrlə məşğuldur. Onlar Tanrı və ruhun ölümsüzlüyü məsələsinə müxtəlif cür yanaşır və öz seçimlərini edirlər. Dünya ədəbiyyatında xristian təfəkkürü təsvirinin ən dərin örnəklərindən olan Karamazov qardaşları XX əsrin ən paradoksal, fəlsəfi və psixoanalitik interpretasiyalarının obyekti olmuşdur.
Lümyer qardaşları
Lümyer qardaşları — kinematoqrafın baniləri. İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilirdi. Bu qısametrajlı filmlərdə musiqi səsləri xüsusilə seçilirdi. 1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf etmişdilər. Lui Lümyer — kiçik qardaş (daha çox ixtiraçı kimi tanınıb). Ogüst Lümyer — böyük qardaş (daha çox təşkilatçı kimi tanınıb).
Makdonald qardaşları
Riçard Ceyms Makdonald (16 fevral 1909 – 14 iyul 1998) və Moris Ceyms Makdonald (26 noyabr 1902 – 11 dekabr 1971) — McDonald's-ın qurucusu olan amerikalı sahibkar iki qardaş. Onların qurduğu sürətli xidmət sistemi indi daha çox fastfud olaraq tanınır. == Erkən ailə həyatları == Makdonald qardaşları Mançester, Nyu-Hempşirdə Patrik və Marqarita Makdonaldın övladları olaraq dünyaya gəliblər. Valideynləri hələ uşaq olarkən ABŞ-yə gəlmiş irland immiqrantlar idi. == Sahibkarlıq fəaliyyətləri == Makdonald qardaşları 1937-ci ildə Monrovia, Kaliforniyada hot-doq stendi açaraq fəaliyyətlərinə başladılar. Onların ilham mənbəyi şəhərdə yarış pistində yerləşən hot-doq stendi idi. Lakin yarış mövsümü bitdikdən sonra onların müştəriləri azalmağa başlamışdı. Moris, təxminən 100.000 nəfər əhalisi olan və əhalisinin böyük qismi işçi sinfindən ibarət olan San Bernardino şəhərində daha böyük hot-doq restoranı açmağa qərar verdi. Bir çox bankın rədd təklifindən sonra nəhayət 1940-cı ildə Bank of Amerikanın verdiyi kreditlə o, restoranı aça bildi. Uğurlu fəaliyyətə başlayan yeni restoranın gəliri bir il ərzində 40 min dollar olmuşdu.
Marks qardaşları
Marks qardaşları (ing. Marx Brothers) — ABŞ məşhur komediya kvinteti.
Mayılov qardaşları
Mayılov qardaşları (erm. Մայիլյան եղբայրներ) — XIX əsrin sonları, XX əsrin əvvələrində Bakı şəhərində fəaliyyət göstərmiş erməni əsilli neft maqnatları. Qardaşlar filantropiya sahəsindəki fəaliyyətləri ilə də tanınmışdır. Bəzi mənbələrə görə Mayılov qardaşları Rusiya imperiyası ərazisində kürünün ilk istehsalçıları olmuşdular. Bakıda bir sıra mədəni işlərin həyata keçirlməsinə maddi yardım göstərən qardaşların əsas işi kimi 1910-cu ildə tikilmiş Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası göstərilir. Sözügedən bina Mayılov qardaşlarının vəsaiti hesabına inşa olunmuş və tikinti işləri 1911-ci ildə tamamlanmışdır. Qardaşların vəsaiti hesabına Ermənistanda bəzi ictimai obyektlərin tikintisi baş tutmuşdur. == Qardaşlar == Mayılyan qardaşları Daniel, İvan (Hovannes) və Lazardan ibarət olmaqla üç qardaş olmuşlar. Qardaşların əsas gəlirləri Bakı ətrafı kəndlərdə yerləşən neft mədənlərindən gəlməkdə idi və bununlada dövrünün varlı sənaye kapitalistlərinə çevirilmişdilər. Neft sənayesi ilə yanaşı Rusiya imperiyasının bazarındakı kürü biznesi də bir müddət Mayılov qardaşlarının nəzarəti altında olmuşdur.
Meşə Qardaşları
Meşə Qardaşları (1905-1906)
Monqolfiye qardaşları
Monqolfiye qardaşları - 1783-cü ilin 4 iyun tarixində dünyada ilk dəfə hava şarı ilə uçuş həyata keçirmiş fransız qardaşlar. Yozef Mikel Monqolfiye və Yakob Etyen Monqolfiye yaşadıqları Annonay kəndində, diametri 10.5 metr olan torbanın içərsinə isti su dolduraraq, ilk qeyri-rəsmi uçuşu həyata keçirmişdilər. Həmin uçuş zamanı hava şarı 450 metr hündürlüyə qədər yüksəlmiş, 10 dəqiqə ərzində 2 kilometr məsafə yol getmişdir. Bütün təlimlərdən sonra, Monqolfiye qardaşları şəhər mərkəzində, uçuş həyata keçirmək qərarına gəlirlər. 19 sentyabr 1783-cü ildə kütlə qarşısında, ilk uçuş icra edilir. Kütlənin arasında məşhur diplomat Bencamin Franklin də vardı. Uçuş Paris şəhərində, uğurla icra edilmişdir. Uçuş əsnasında, hava şarının səbətinə, bir xoruz, bir ördək və bir qoyun qoyulmuşdur.
Nobel qardaşları
"Branobel" və ya tam adı ilə "Nobel qardaşlarının neft istehsalı şirkəti" — Lüdviq Nobelin qardaşı Robert Nobel ilə birlikdə qurduğu şirkət. Onların sifarişi ilə İsveçdə tikilən və Xəzərə gətirilən "Zorastr" gəmisi dünyada ilk neft daşıyan tanker idi. Nobel mükafatının gəlirlərinin əsas mənbəyi "Branobel" şirkəti olub. Şirkət gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə edib. Nobellərin Bakıya gəlməsi XIX əsrin 70-ci illərinin əvvəlinə — iltizam sistemi buxovlarından azad olmuş neft sənayesinin tədricən inkişaf etməkdə olduğu vaxta təsadüf edir. Robert Nobel Lüdviq tüfəng zavodunda qundaq hazırlanmasında adətən istifadə edilən və xaricdən gətirilən qoz ağacını başqası ilə əvəz etmək üçün Azərbaycanın dağlıq rayonlarına yola düşdü. Lakin bu səfər uğursuz oldu, çünki az sonra hökumət bu məqsədlə daha asan başa gələn ağcaqayın ağacından istifadə etməyi qərara almışdı. Robert Nobel Bakıda neft sənayesinin vəziyyəti ilə yaxından tanış olmuş və başa düşmüşdü ki, yaxın gələcəkdə bu sahə yaxşı mənfəət gətirəcəkdir. 1873-cü ildə Peterburq a gələn Robert qardaşı Lüdviq Nobeli Bakı neft sənayesinə sərmayə qoymağa razı salmış və 1875-ci ildə onun razılığı ilə Sabunçu da bir neft sahəsi alaraq orada qazma işinə başlamışdı. Bundan əlavə, Robert Nobel 25 min rubla ağ neft istehsal edən kiçik zavod almış və neft emalçıları sırasına qoşulmuşdu.
Qasımov qardaşları
Qasımov qardaşları — XIX əsrin sonları, XX əsrin əvvələrində Bakı şəhərində tikilmiş binaların əksəriyyətinin tikintisini həyata keçirmiş "Qasımov qardaşları və K" şirkətinin sahibləri. Qasımov qardaşları tərəfindən Bakıda İsmailiyyə Sarayı, Səadət Sarayı , Yeni Avropa otelinin binası, Mitrofanovun sarayı kimi monumental binalar tikilmişdir. Musa Nağıyevin Bakıda tikdirdiyi əksər binaların tikintisini həyata keçirən qardaşlar Fuad Axundova görə İstiqlaliyyət küçəsi və 28 May küçəsində yerləşən və həmin dövrdə tikilən bütün binaların tikinti işlərini həyata keçiriblər. Bundan başqa qardaşlar xeyriyyəçiliklə də məşğul olublar. Qasımov qardaşlarının atası Hacı Məmməd Əli Molla Qasım oğlu Ordubadda yerləşən xalça yununun rənglənməsi üzrə emalatxananın sahibi olub. Qardaşlar Bakıya gələrək burada işləməyə başlayırlar. Böyük qardaş Hacı Qasımov 1867-ci ildə anadan olub. Bakıya gələrək xarratlıqla məşğul olub. O, qısa bir zamanda ətrafına peşəkar ustaları yığaraq tikinti arteli yaradır. Daha sonra Hacı Qasımov qardaşları ilə birgə tam tikinti işlərini yerinə yetirən şirkət yaradır.
Qrakx qardaşları
Məşhur Qədim Roma islahatçıları Tiberi Semproni Qrakxus və Qay Semproni Qrakxus. Tiberi Semproni Qrakxus (e.ə.162 - e.ə.133) — məşhur Qədim Roma siyasi xadimi. Qədim Romada torpaq islahatların təşəbbüskarı olan iki qardaşdan biri. Qay Semproniy Qraqxusun böyük qardaşı. Qrakxların islahatlarının əhəmiyyəti böyük idi. Onların əsas nəticəsi siyasi böhranın və silahlı mübahisənin başlaması idi. Qrakxlar həll edilməsi vacib olan bir sıra qanun layihələri irəli sürdülər: müttəfiqlər məsələsi, aqrar məsələ, əyalətlərin idarəsi, məhkəmələrin yenidən təşkili və s. Qrakxlar hərəkatı demokratik hərəkatın təzahürü idi, ancaq onun zəif yerləri də aşkar olundu. Buna baxmayaraq romalıların və italiklərin geniş təbəqləri bu mübarizəyə cəlb olundular. Qrakxçı hərəkatı yeni siyasi stil yaratdı, xalq yığıncağına arxalanan siyasət.
Qrakxus qardaşları
Məşhur Qədim Roma islahatçıları Tiberi Semproni Qrakxus və Qay Semproni Qrakxus. Tiberi Semproni Qrakxus (e.ə.162 - e.ə.133) — məşhur Qədim Roma siyasi xadimi. Qədim Romada torpaq islahatların təşəbbüskarı olan iki qardaşdan biri. Qay Semproniy Qraqxusun böyük qardaşı. Qrakxların islahatlarının əhəmiyyəti böyük idi. Onların əsas nəticəsi siyasi böhranın və silahlı mübahisənin başlaması idi. Qrakxlar həll edilməsi vacib olan bir sıra qanun layihələri irəli sürdülər: müttəfiqlər məsələsi, aqrar məsələ, əyalətlərin idarəsi, məhkəmələrin yenidən təşkili və s. Qrakxlar hərəkatı demokratik hərəkatın təzahürü idi, ancaq onun zəif yerləri də aşkar olundu. Buna baxmayaraq romalıların və italiklərin geniş təbəqləri bu mübarizəyə cəlb olundular. Qrakxçı hərəkatı yeni siyasi stil yaratdı, xalq yığıncağına arxalanan siyasət.
Qrimm qardaşları
Qrimm qardaşları (alm. Brüder Grimm‎; Yakob Qrimm (1785–1863), Vilhelm Qrimm (1786–1859) — alman yazıçıları. Qrimm qardaşları — böyük qardaş Yakob, kiçik qardaş Vilhelmdir. Onların taleyi təxminən eyni olmuşdur. Yakob 78 il, Vilhelm isə 73 il yaşamışdır. Böyük qardaş Yakob Qrimm 1785-ci il yanvarın 4-də, Vilhelm Qrimm 1786-cı il fevralın 24-də Hanau şəhərində anadan olmuşlar. Hər ikisi Marbuq Universitetində hüquq elmləri üzrə təhsil almış, 1837-ci ilə qədər Hottingen Universitetində professor vəzifəsində çalışmışlar. Həmin ildə Hannover kralına and içməkdən imtina etdiklərinə və demokratik görüşlərinə görə Universitetdən qovulmuşlar. Bir müddət işsiz qaldıqdan sonra 1841-ci ildə Berlin Universitetində iş tapmış, professor vəzifəsinə yüksəlmiş, Prussiya Elmlər Akademiyasının üzvü olmuşlar. İlk dəfə Alman mifologiyasını toplayıb mifologiya elminin əsasını qoyan Qrimm qardaşları 4 cilddən ibarət "Alman mifologiyası" əsərini yaratmışlar.
Rayt qardaşları
Uilber və Orvill Rayt qardaşları (ing. Wilbur Wright (1867–1912) və ing. Orville Wright (1871–1948)) — dünyanın əksər ölkələrində dünyanın ilk mühərrikli, ilk idarə olunan, uçuş qabiliyyətinə malik təyyarəsinin layihələndirilməsi və qurulmasında prioritet kimi tanınan amerikalılar. Bəlkə də qardaşlar eksperimental təyyarəni ilk uçuranlar deyildilər, lakin ilk olaraq təyyarənin uçuşunu idarə edənlər idilər. Onların işi dünyada təyyarə yaratmaq üçün bütün sonrakı cəhdlərə, bütün aparıcı ölkələrin aviasiya sənayesinə birbaşa təsir etdi. Rayt qardaşlarının əsas nailiyyəti, təyyarəni effektiv idarə etmək və uçuş zamanı tarazlığını qorumaq üçün təyyarənin üç fırlanma oxu boyunca praktiki idarəetmə və sabitlik sistemləridir. Onların yanaşması təyyarələrin dizaynı və qurulması üçün əsas oldu. Rayt qardaşları, digər eksperimentçilər kimi daha güclü mühərriklər quraşdırmaq imkanı tapmaq əvəzinə, daha çox uçuşun idarə edilməsi məsələlərinin öyrənilməsinə diqqət yetirdilər. Onların külək tuneli təcrübələri, səmərəli qanad və pərvanələrin istehsalında digər aviasiya qabaqcıllarından daha məhsuldar oldu. 22 may 1906-cı ildə onlar təyyarə səthlərindən istifadə etməklə həyata keçirilən aerodinamik idarəetmə sisteminin ixtirası üçün 821,393 saylı ABŞ patentini aldılar.
Statler qardaşları
The Statler Brothers - Amerikan musiqi qrupudur. Kvartet 1955-ci ildə yerli səhnədə çıxış edərkən yaradılıb. 1964-72-ci illərdə onlar Conni Keş üçün əsas və ehtiyat ifaçılar kimi oxuyublar. Əvvəlcə yerli kilsələrdə "Cənubi müjdə" musiqisini ifa edən qrup özlərini "Dörd Ulduzlu Kvartet", daha sonra isə "Krallar" kimi təqdim edirdi. 1963-cü ildə "The Kingsmen" adlı qaraj rok qrupunun "Louie, Louie" mahnısı məşhurlaşdıqda qrup özlərini "[he Statler Brothers" adlandırmaq qərarını verdi. Adına baxmayaraq, qrupun yalnız iki üzvü (Don və Harold Reid) əsl qardaş idi və heç bir üzvdə Statler soyadı yox idi. Qrup əslində özlərini otel otağında gördükləri üz toxumasının markasına görə adlandırdılar (daha sonra özlərini asanlıqla "Kleenex Brothers" adlandırılaraq lağ edilə bilinəcəyindən xəbərdar idilər). Don Reid aparıcı ifaçı, Harold Reid - Donun böyük qardaşı, bass oxudu; Phil Balsley bariton çaldı və Lew DeWitt tenor oxudu. O həm də 1982-ci ildə Cimmi Fortune tərəfindən səhhətindəki problemə görə dəyişdirilməzdən əvvəl gitaraçı idi. Qrupun üslubu onların tarixi kökləri ilə sıx bağlı idi.
Vaçovski qardaşları
Vaçovskilər (ing. The Wachowskis) — ABŞ-dən olan bacı kinorejissorlar. Lana və Lillidən ibarətdir. Hər ikisi transdır.
Yoşida qardaşları
Yoşida qardaşları - Yapon musiqiçiləri, leyblom Domo-un adı altında bir neçə albom buraxıblar.
Şirinov qardaşları
Şirinov qardaşları (Ümid Adil oğlu Şirinov, Sabir Adil oğlu Şirinov) — “İgidliyə görə” medalı ilə təltif olunan qardaşlar. Ümid Şirinov 1978-ci ilin dekabrın 21-də Zərdab rayonunun Bəyimli qəsəbəsində, Sabir Şirinov isə 1984-cü ilin aprelin 11-də eyni rayon və kənddə anadan olmuşdular. Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayət şöbəsinin üzvləridir. Şirinov qardaşlarının özləri də ailəlidir və hərəsinin iki uşağı var. Azərbaycan Respublikasının prezidenti ilə görüşdə hadisəni müzakirə etdilər: 1 fevral 2019-cu ildə Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ukraynada yaşayan soydaşlarımız Sabir və Umud Şirinov qardaşları ilə görüşüblər. Prezident həyatları təhlükəyə məruz qalan insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə onları “İgidliyə görə” medalı ilə təltif etdi. Həyatlarını təhlükəyə ataraq yanan avtomobildən üç nəfərlik ailəni xilas edən Sabir və Ümid Şirinov qardaşlarına Nikolayev vilayət radasının sədri Viktoriya Moskalenko tərəfindən "Müqəddəs Nikolay xaçı" nişanı təqdim edilib.
Şlümberje qardaşları
Konrad Şlümberje (2.10.1878, Gebviller – 9.5.1936, Stokholm) və Marsel Şlümberje (21.6.1884, Şlümberje – 9.5.1953, Vall Riç monastırı, Sent-Uan-lePen) — ixtiraları ilə geofizika və neft sənayesində böyük uğur gətirmiş mühəndislər. Onların kəşfiyyat və quyu geofizikası sənayesində etdikləri kəşflər Şlümberje və ümumiyyətlə dünya geofizikası sənayesinin başlanğıcı sayılır. Konrad və Marsel Fransanın Elzas əyalətində zəngin fransız protestant ailəsində dünyaya göz açmışdılar. Ataları Pol Şlümberje varlı toxucu ailəsindən idi. Anaları Marqarita Vit isə siyası fəal idi. Qardaşar anadan olan ildə, Elzas Almaniyanın tərkibində idi. Valideynlər qardaşları Parijə oxumağa göndərmək qərarına gəlirlər. Konrad fizik, Marsel isə mühəndis təhsili alırlar. Konrad ilk illərdə Rodej və Tuluzada mədən mühəndisi kimi çalışır. 1912-ci ildə artıq Paris dağ-mədən institutunn professoru adını almış Konrad metal filəz yataqlarının süxurların elektrik keçiriciliyi əsasında axtarış və kəşfiyyatı ideyası ilə çıxış edir.
Abdullah Qardaşları
Abdullah qardaşları və ya Abdullah Freres (türk. Abdullah Biraderler) — Osmanlı imperiyasında fotoqraf sənətinin qurucuları kimi tanınan və hər üçü də erməni əsilli olan Viçen (1820-1902), Hovsep Abdullahyan (1830-1908) və Kevork (1839-1918) qardaşlarının adıdır. İstanbulda Tünel səmti yaxınlarında 1858-ci ildə fotoqraf mağazası açırlar. Əbdüləziz və II Əbdülhəmid tərəfindən rəssam-i həzrəti şəhriyari (sultanın rəssamı) ünvanı ilə mükafatlandırılıblar. 1880-ci ildən əvvəl müsəlman olan Viçen, 1899-cu ildə Abdullah Şükrü adını alıb. O, Qüds valisi Rəşad Paşanın qızı Həvva Nəmizə ilə evlənib və 3 övladı olub. Məzarı Maçka Şeyxlər qəbiristanlığındadır. == Tarixi == Bir kimyacının İstanbulda Tünel səmtində açdığı fotoqraf studiyasında assistent işləyərək fotoqrafiya sənətinin incəliklərini öyrənən Kevork Abdullah 1858-ci ildə studiyanı alaraq qardaşı Viçen ilə burada işləməyə başlayır. Qardaşlar bu sahə ilə bağlı biliklərini artırmaq üçün iki dəfə Parisə gedirlər. Onlar əvvəlcə Əbdüləzizin, sonra isə II Əbdülhəmidin sarayının fotoqrafçıları kimi təyin edildilər.
Koen qardaşları
Coel Deniel Koen (29 noyabr 1954) və İtan Cessi Koen (21 sentyabr 1957) — Amerikalı rejissor qardaşlar. 13 dəfə "Oskar" mükafatına namizəd göstəriliblər. Onlar "Farqo" və "Qocalara burada yer yoxdur" filmlərinə görə "Oskar" mükafatına layiq görülüblər. == Həyatları == Coel Deniel Koen və qardaşı İtan Cessi Koen ABŞ-nin Minnesota ştatında dünyaya gəlib. Onlar Minneapolis şəhərində boya-başa çatıblar. Onların anası Rena (qızlıq soyadı; Neumann 1925–2001) St. Cloud Universitetində sənətşünaslıq sahəsi üzrə dərs demiş, atası Edvard Koen (1919–2012) isə Minnesota Universitetində iqtisadiyyat professoru olmuşdur. Qardaşların İsraildə yaşayan Debora adlı yaşca böyük psixiatr bacıları da var. Koenlərin valideynləri aşkenazi yəhudiləridir.
Sisters qardaşları
Sisters qardaşları (ing. The Sisters Brothers ) — rejissor Jak Odiar tərəfindən çəkilmiş vestern filmidir. Filmin ssenarisi Patrik Devitin eyni adlı romanı əsasında yazılmışdır. Filmin premyerası 2018-ci il sentyabr ayının 2-də 75-ci Venesiya Film Festivalında baş tutmuşdur.
Müsəlman Qardaşlar
Müsəlman Qardaşlar və ya Əl-İxvan əl-Müslimun — Əsası Misirdə Həsən əl-Bənna tərəfindən qoyulmuş beynəlxalq dini-siyasi təşkilat. Hal-hazırda rəsmi fəaliyyəti qadağan edilmişdir. Bəzi Azərbaycandilli mənbələrdə Müsəlman Qardaşlığı formasında da adlandırılır. Artıq Hüsni Mübarəkin devrilməsindən sonra Misirdə bu təşkilata olan qadağa aradan qaldırılmışdır, buna baxmayaraq bəzi ölkələrdə, məsələn Rusiyada, bu təşkilat terrorçu məqsədlərinə görə qadağandır. ABŞ -da müsəlman qardaşlar təşkilatı rəsmən terror təşkilatı kimi qadağan olunmayıb. 2011-ci il Misir Parlamentinə seçkilərdə müsəlman qardaşların kifayət qədər iddialıdır. 1920-ci ildə Həsən Bənna tərəfindən qurulan təşkilat, siyasi aktivliyi ilə dünyada, Şimal Afrikada və Orta Şərqdə saysız tərəfdar qazanıb. Başlanğıcda məqsədi İslami dəyərlər və siyasi fəaliyyət olan hərakat, qısa müddət sonra daha da inkişaf edib. Xüsusilə Misirdə Osmanlı İmperiyasının tənəzzülə uğramasından sonra, İngiltərə müstəmləkə rəhbərliyinə qarşı müqavimətdə və Qərb dəyərlərinə qarşı Ərəb və Müsəlman şəxsiyyətinin müdafiə olunmasında Müsəlman Qardaşları Birliyi əhəmiyyətli rol oynayıb. Müsəlman Qardaşların fəaliyyəti bu gün rəsmi olaraq qadağan olunub və təzyiqlərə məruz qalır.
Müsəlman Qardaşlığı
Müsəlman Qardaşlar və ya Əl-İxvan əl-Müslimun — Əsası Misirdə Həsən əl-Bənna tərəfindən qoyulmuş beynəlxalq dini-siyasi təşkilat. Hal-hazırda rəsmi fəaliyyəti qadağan edilmişdir. Bəzi Azərbaycandilli mənbələrdə Müsəlman Qardaşlığı formasında da adlandırılır. Artıq Hüsni Mübarəkin devrilməsindən sonra Misirdə bu təşkilata olan qadağa aradan qaldırılmışdır, buna baxmayaraq bəzi ölkələrdə, məsələn Rusiyada, bu təşkilat terrorçu məqsədlərinə görə qadağandır. ABŞ -da müsəlman qardaşlar təşkilatı rəsmən terror təşkilatı kimi qadağan olunmayıb. 2011-ci il Misir Parlamentinə seçkilərdə müsəlman qardaşların kifayət qədər iddialıdır. 1920-ci ildə Həsən Bənna tərəfindən qurulan təşkilat, siyasi aktivliyi ilə dünyada, Şimal Afrikada və Orta Şərqdə saysız tərəfdar qazanıb. Başlanğıcda məqsədi İslami dəyərlər və siyasi fəaliyyət olan hərakat, qısa müddət sonra daha da inkişaf edib. Xüsusilə Misirdə Osmanlı İmperiyasının tənəzzülə uğramasından sonra, İngiltərə müstəmləkə rəhbərliyinə qarşı müqavimətdə və Qərb dəyərlərinə qarşı Ərəb və Müsəlman şəxsiyyətinin müdafiə olunmasında Müsəlman Qardaşları Birliyi əhəmiyyətli rol oynayıb. Müsəlman Qardaşların fəaliyyəti bu gün rəsmi olaraq qadağan olunub və təzyiqlərə məruz qalır.